Azərbaycan, Belarus və Slovakiyanın baş qərargah rəisləri arasında telefon danışıqları olub

Baş səhifə
Azərbaycan, Belarus və Slovakiyanın baş qərargah rəisləri arasında telefon danışıqları olub

Azərbaycanın müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev ilə Belarus və Slovakiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri arasında telefon danışıqları olub.

“Report” xəbər verir ki, danışıqlar xarici həmkarların təşəbbüsü ilə baş tutub.

Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveyko və Slovakiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daniel Zmeko ilə danışıqlar zamanı regiondakı vəziyyət, təhlükəsizlik məsələləri, habelə ölkələrimiz arasında hərbi əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisindəki mülki infrastruktura İran silahlı qüvvələrinin pilotsuz uçuş aparatları ilə etdiyi hücumlara toxunan baş qərargah rəisləri, bunun beynəlxalq hüquq normalarına zidd olduğunu xüsusi qeyd ediblər.

General-polkovnik Kərim Vəliyev tutduqları mövqeyə və göstərdikləri dəstəyə görə həmkarlarına minnətdarlığını ifadə edib.