
Albaniya vətəndaşlarını növbəti bildirişə qədər Yaxın Şərq regionuna səfərlərdən çəkinməyə çağırıb.
“Report”un Balkan bürosu xəbər verir ki, Albaniyanın Avropa və Xarici İşlər Nazirliyi bununla bağlı ölkə vətəndaşlarına çağırış edib.
Bildirilib ki, həmin regionda vəziyyət hələ də qeyri-müəyyən və qeyri-sabit olaraq qalır.
O da qeyd olunub ki, nazirlik baş verənləri diqqətlə izləyir və ictimaiyyəti mütəmadi şəkildə məlumatlandırmağa davam edəcək.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


