
ABŞ-da yerləşən Beynəlxalq Respublikaçılar İnstitutu (İRİ) tərəfindən aparılan sorğuya görə, Nikol Paşinyan Ermənistan siyasətçiləri arasında ən yüksək etimada malikdir.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Hansı siyasətçiyə etibar edirsiniz” sualına cavablar aşağıdakı kimi olub:
18% – Nikol Paşinyan
6% – Samvel Karapetyan
3% – Robert Köçəryan
3% – Qaqik Tsarukyan
2% – Ararat Mirzoyan
Lakin respondentlərin 48%-i heç bir siyasətçiyə etibar etmədiyini bildirib.
İRİ sorğusu 3-13 fevral 2026-cı il tarixlərində Ermənistan Respublikasının 1506 vətəndaşı və Qarabağdan köçüb gələn şəxslər arasında kompüter dəstəkli telefon müsahibəsi metodundan istifadə etməklə aparılıb.


