
Bakı. Trend:
İsrail ordusu Livanın paytaxtı Beyrutun cənubunda Hizbullaha aid
infrastruktura hədəflənmiş yeni aviazərbələr dalğasına
başlayıb.
Trend İsrail KİV-ə
istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF)
elan edib.
Avireydlərin təfərrüatları barədə bir qədər sonra məlumatın
veriləcəyi qeyd olunur.
Gecə ərzində IDF Beyrutun Dahiyə adlı məhəlləsində Hizbullaha
aid stateji obyektlərə zərbələr endirib. Zərbələr 10-dan çox binaya
tuş gəlib.
Aviareydlərdən əvvəl IDF həmin ərazilərdə yaşayan mülki əhali
üçün təxliyə xəbərdarlığı elan etmişdi.


