Nazir: İran səfiri XİN-ə çağırıldı, İran dron hücumlarının araşdırılacağını vəd edib

Baş səhifə

Dünən İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları həyata keçirilib, 4 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu, qəbuledilməzdir: “Azərbaycan dövlətinin mövqeyi dünən çatdırılıb, İranın səfiri XİN-ə çağırıldı, gözləntilərimiz ona bildirdik. Dünən Prezident İlham Əliyevin TŞ-da çıxışında olan mesajları hamı dinləyə bilib. İran tərəfi məsələnin araşdırılacağı vədini verib, bu araşdırmanın nəticələrini biz yaxın zamanda gözləyəcəyik”.