Moldova ilə Azərbaycanın ticarət dövriyyəsi 11 milyondur – Nazir

Baş səhifə

Moldova ilə Azərbaycan arasında ticarət dövriyyəsi 11 milyon ABŞ dolları həcmində olub.

Modern.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mixay Popşoyla birlikdə Bakıda keçirdikləri brifinqdə deyib.

“Azərbaycan-Moldova münasibətləri 10 illərdir ki, çox səmimi, açıqdır. Siyasi münasibətlərimiz çox səmimidir. Hər il beynəlxalq tədbirlədə görüşlər keçiririk. Lakin ikitərəfli səfərin xüsusi əhəmiyyət var. İki XİN arasında siyasi məsləhətləşmər mövcuddur. İki ölkə arasında 11 milyon ABŞ dolları həcmində ticarət dövriyyəsi olub. Dövriyyənin həcmi qanedici deyil. Bu həcmin artırılması müzakirə edildi və qarşılıqlı investisyaların qoyulmasının mümükünlüyü müzakirə edildi”.