İki ölkə arasında vacib olan bütün istiqamətləri müzakirə etdik.
APA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, beynəlxalq platformalarda əməkdaşlıq, regional təhlükəsizlik, qlobal çağırışlara cavab bu gün müzakirə edilib: “2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 11 milyon ABŞ dolları təşkil edib. Bu gün bu potensialın artırılması müzakirə edildi, qarşılıqlı investisiyaların təşviqini həyata keçirə bilmək yollarına toxunuldu. İki ölkə arasında enerji sahəsində əməkdaşlıq mövcuddur. Son illərdə Azərbaycan qazının alıcılarının sayı xeyli genişlənib”.

