
“Barselona” rəhbərliyi müdafiəçi Andreas Kristensenə yeni 2 illik müqavilə təklif edib.
“Report” “Mundo Deportivo”ya istinadən xəbər verir ki, yeni sözləşmənin şərtlərinə əsasən, danimarkalı futbolçunun hazırkı maaşı əhəmiyyətli dərəcədə azaldılacaq.
29 yaşlı oyunçu komandada qalmaq istəsə də, hazırda karyerasını davam etdirmək üçün digər variantları da nəzərdən keçirir. Yekun qərar hələ verilməyib və bu, tamamilə futbolçunun özündən asılıdır.
Qeyd edək ki, hazırda zədəli olan Andreas Kristensenin yaşıl meydanlara yayda qayıdacağı gözlənilir.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


