
Bakı. Trend:
Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında iqtisadi əməkdaşlıq
müzakirə edilib.
Trend bu
barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Avropa Komissiyasının nümayəndəsi ilə görüşdə tərəfdaşlığın
prioritet istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Avropa
Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş
Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien
Kirali ilə görüşüb.
Görüşdə Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından olan
Avropa İttifaqı (Aİ) ilə ölkəmiz arasında enerji, investisiyalar və
digər istiqamətlər üzrə birgə fəaliyyətin regional inkişafa xidmət
etdiyi vurğulanıb. Qeyd olunub ki, əməkdaşlığın daha da
gücləndirilməsi üçün böyük potensial var.
Tərəflər Aİ-nin Azərbaycan üçün 2024-cü il üzrə Maliyyələşdirmə
Sazişi, birgə layihələrin icrası, eləcə də digər məsələlərə dair
müzakirələr aparıblar.


