Azərbaycan və “Dell Technologies” məlumat infrastrukturu üzrə əməkdaşlığı müzakirə ediblər

Baş səhifə
İKT

  • 06 mart, 2026
  • 12:34
Azərbaycan və Dell Technologies məlumat infrastrukturu üzrə əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və ABŞ-nin “Dell Technologies” şirkəti arasında rəqəmsal transformasiya, süni intellekt və məlumat infrastrukturu sahələrində əməkdaşlıq müzakirə edilib.

“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində hesabında bildirib.

Müzakirələr nazirin Böyük Britaniyaya səfər çərçivəsində şirkətin Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Edrian Makdonald ilə görüşdə baş tutub.

R.Nəbiyev həmçinin Azərbaycanda suveren “bulud” həlləri, süni intellekt imkanları ətrafında fikir mübadiləsinin aparıldığını bildirib.

.