Sumqayıtda kişinin arvadını qətlə yetirməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb

Baş səhifə

Bakı.Trend:

Martın 6-da Sumqayıt şəhərində 1995-ci il təvəllüdlü Mehriban
Ağabalazadənin ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil
olub.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.




Bildirilib ki, ilkin araşdırmalarla 1977-ci il təvəllüdlü
İsmayıl Ramazanovun Mehriban Ağabalazadəni qəsdən öldürməsinə
əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə)
maddəsi ilə cinayət işi başlanıb, İ.Ramazanov iş üzrə şəhər
prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.