
Sumqayıtda qətl hadisəsi baş verib.
“Report”un yerli bürosu xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsi ərazisində qeydə alınıb.
Yevlax rayon sakini, 1977-ci il təvəllüdlü İsmayıl Ramazanov aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı, 1995-ci il təvəllüdlü Mehriban Ağabalazadəyə bıçaqla xəsarətlər yetirib.
Ağır xəsarətlər alan qadın hadisə yerində həyatını itirib.
İsmayıl Ramazanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


