
İran razılaşma ehtimalı barədə soruşur, amma biz daha çox mübarizə aparmaq istəyirik.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
“Onlar sərtdirlər və mübarizə aparmaq istəyirlər. Həm də zəng edib soruşurlar ki, “necə razılaşma əldə edə bilərik?” Mən də deyirəm ki, “bir az gecikmisiniz”. Biz indi onlardan daha çox mübarizə aparmaq istəyirik”, – deyə o qeyd edib.
Xatırladaq ki, ABŞ və İsrail 28 fevraldan bəri İran ərazisinə hücum edir. Buna cavab olaraq İran İsrailə və bölgədəki ABŞ hərbi bazalarına raket zərbələri endirib.
İsrail və ABŞ-ın hücumu nəticəsində İranın Ali Lideri Ayətullah Əli Xamenei və digər yüksək vəzifəli şəxslər də həlak olub.


