
Bakı. Trend:
“Manchester Yunayted”in maraq dairəsində olan futbolçulardan
biri Sandro Tonalidir.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “Manester Yunayted”in transfer
hədəfləri barədə insayder Ben Yakobs məlumat yayıb.
Onun sözlərinə görə, Tonali “Mançester Yunayted”in xoşuna gələn
futbolçulardandır, lakin italiyalı yarımmüdafiəçi gələcəkdə
İtaliyaya qayıtmağı arzulayır. Bununla belə, “Serie A” klubları onu
transfer etməkdə maliyyə baxımından çətinlik çəkə bilər və Premyer
Liqa klubu bundan yararlana bilər.
Ceykobsun fikrincə, Mançester təmsilçisi yay transfer
pəncərəsində sol cinah hücumçusu alacaq. Prioritet namizədlərdən
biri Yann Diomandedir. Hazırda o, “Leypsiq”də çıxış edir və “qırmızı şeytanlar” bu mövqeyi gücləndirmək üçün böyük məbləğ
xərcləməyə hazırdır.
Bundan əlavə, klub “Borussiya” (Dortmund) müdafiəçisi Julian
Ryersonu da izləyir. “Mançester Yunayted”i həmçinin yarımmüdafiəçi
Elliot Anderson maraqlandırır, lakin “Nottingham” hələ futbolçu
üçün qiymət müəyyən etməyib və onu ucuz satmaq niyyətində
deyil.


