Azərbaycan, Türkiyə və Macarıstan hərbi rəhbərləri Naxçıvandakı hücumları müzakirə ediblər

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini –
Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim
Vəliyev ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin və Macarıstan
Müdafiə Qüvvələrinin Baş Qərargah rəisləri ordu generalı Selçuk
Bayraktaroğlu və general Qabor Böröndi arasında telefon danışıqları
olub.

Trend xəbər verir
ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat
yayıb.

Danışıqlar Türkiyə və Macarıstanlı həmkarların təşəbbüsü ilə baş
tutub.

Tərəflər ölkələrimiz arasında hərbi əməkdaşlıq, habelə
regiondakı vəziyyət və təhlükəsizlik məsələlərinə dair ətraflı
fikir mübadiləsi aparıblar.

İran İslam Respublikasının silahlı qüvvələrinin pilotsuz uçuş
aparatları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar
Respublikasının ərazisindəki mülki infrastruktura edilən hücumlara
toxunan baş qərargah rəisləri, bunun beynəlxalq hüquq normalarına
zidd olduğunu xüsusilə qeyd ediblər.

Həmçinin, Səudiyyə Ərəbistanı Krallığının Silahlı Qüvvələrinin
Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovaili
Azərbaycandakı hərbi attaşesi vasitəsilə ölkəsinin bu tip hücumlara
qarşı olduğunu diqqətə çatdıraraq hər zaman zəruri dəstək verməyə
hazır olduğunu bildirib.

General-polkovnik Kərim Vəliyev tutduqları mövqeyə və
göstərdikləri dəstəyə görə həmkarlarına minnətdarlığını ifadə
edib.