Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb

Baş səhifə
Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb

İsrailin hücumu nəticəsində Livanda həlak olanların sayı 8 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Livanın milli informasiya agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Livanın şərqindəki Zahle şəhəri yaxınlığında avtomobilə edilən hücum nəticəsində iki nəfər həlak olub, beləliklə, həlak olanların sayı səkkizə yüksəlib.

Bundan başqa, sonuncu hücum nəticəsində iki nəfər yaralanıb.