
Son 10 gündə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) hərəkətdə olan sərnişin qatarlarına 5 dəfə daş atılıb.
Bu barədə “APA-Economics” “Azərbaycan Dəmir Yolları”na istinadən xəbər verir.
“Nəticədə, qatarların şüşələrində və gövdəsində çatlar, zədələr meydana gəlib”, – məlumatda qeyd olunur.
Müvafiq qaydada hüquqi qiymət verilməsi, səbəbkarların məsuliyyətə cəlb edilməsi üçün sözügedən hadisələr araşdırılır.


