
Goranboy-Tərtər avtomobil yolunda avtomobillər toqquşub, xəsarət alanlar var.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
“Nissan” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində, 2003-cü il təvəllüdlü R.Şükürov, 2008-ci il təvəllüdlü İ.Furidinli, 1955-ci il təvəllüdlü M.Kərimov, 2002-ci il təvəllüdlü N.Məmmədov və 1990-cı il M.Baxışəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


