
Bakı. Trend:
Ali təhsil müəssisələrinə (11 illik) və ümumi (9 illik) orta
təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2026-cı il
fevralın 18-də başlanan ərizə qəbulu bu gün bitir.
Trend Dövlət
İmtahan Mərkəzinə istinadən xəbər verir ki, ərizə qəbulunda həm
cari, həm də əvvəlki illərin məzunları iştirak edə bilər.
Hazırda universitet və kolleclərə qəbul üzrə ümumilikdə 129186
nəfər qeydiyyatdan keçib.
Bunlardan 125 775 nəfər ali məktəblər, 116 685 nəfər isə
kolleclər üzrə qeydiyyatdan keçib.
Məlumat üçün bildirək ki, 2025-ci il buraxılış və ya test
imtahalarının 1-ci mərhələsinin nəticəsi əsasında müsabiqəyə
qoşulanların sayı 2734 nəfər, 2025-ci ildə “Azərbaycan dili (dövlət
dili kimi)” fənni üzrə test imtahanında “məqbul” qiymət alıb, cari
ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılan
abituriyentlərin sayı isə 1138 nəfərdir.
Qeyd edək ki, ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq
etdirməli olan abituriyentlər bu gün saat 17:00-dək müvafiq
komissiyaya yaxınlaşmalıdırlar.


