Küveyt sahillərində tankerdə partlayış nəticəsində neft sızması baş verib

Baş səhifə

Bakı. Trend:

Birləşmiş Krallıq Dəniz Ticarət Təşkilatı Küveyt sahillərində
bir tankerdə partlayış baş verdiyini və nəticədə neft sızması
olduğunu bildirib.

Trend-in
məlumatına görə, hadisə Mübarək əl-Kəbir şəhərindən təxminən 30
dəniz mili cənub-şərqdə baş verib.




Gəminin heyətinin təhlükəsiz olduğu qeyd olunur, lakin tankerin
adı və mənsubiyyəti hələ dəqiqləşdirilməyib.