Bakı. Trend:
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri
ölkənin mərkəzi hissəsi üzərində səmada üç qanadlı raketi ələ
keçirib.
Trend-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə
Nazirliyi bildirib.
“Əl-Xərc şəhəri üzərində səmada üç qanadlı raket ələ keçirilərək
məhv edilib”, – deyə nazirlik qeyd edib.

