Baş katib: NATO İrana qarşı kollektiv müdafiə bəndini tətbiq etməyə hazırlıq görüb

Baş səhifə
Baş katib: NATO İrana qarşı kollektiv müdafiə bəndini tətbiq etməyə hazırlıq görüb

NATO-nun Baş katibi Mark Rütte bildirib ki, alyans İrana qarşı kollektiv müdafiə ilə bağlı 5-ci maddənin mümkün tətbiqinə hazırlıq görüb.

“Report” xəbər verir ki, alyansın rəhbəri bunu “Newsmax” televiziya kanalına verdiyi müsahibədə NATO-nun potensial insidentlərə reaksiyası ilə bağlı sualı cavablandırarkən bildirib.

“Biz buna hazırlaşmışıq. Hazırda NATO daxilində etdiyimiz iş alyansın ərazisinin hər qarışının qorunmasını təmin etməkdir”, – deyə Rütte bildirib.