İran İsrailin nüvə obyektinə zərbə endirməklə hədələyib

Baş səhifə
İran İsrailin nüvə obyektinə zərbə endirməklə hədələyib

Əgər Tehranda hakimiyyət dəyişikliyi istənilərsə, İran İsrailin nüvə obyektinə zərbə endirəcək.

“Report” xəbər verir ki, bu barədə ISNA agentliyi İran hərbi rəsmisinə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, əgər İsrail və ABŞ Tehranda hakimiyyət dəyişikliyinə nail olmağa çalışarsa, İran Dimonadakı İsrail nüvə obyektinə zərbə endirə bilər ki, bu da humanitar, ekoloji və digər fəlakətli nəticələrə səbəb ola bilər.