Yük gəmisinə raketlə hücum edilib

Baş səhifə

Hörmüz boğazı yaxınlığında Malta bayrağı altında üzən yük gəmisinə iki raketlə zərbə endirilib.

Modern.az-ın məlumatına görə, Oman Kral Hərbi Dəniz Qüvvələri hadisədən xəbər tutar-tutmaz xilasetmə əməliyyatına başlayıb.

24 nəfərlik ekipaj təhlükəsiz şəkildə təxliyə edilib və onlara lazımi tibbi yardım göstərilib. (ONA)