ABŞ qüvvələri İranın 20-dən çox hərbi gəmisini batırıb

Baş səhifə

Bakı. Trend:

ABŞ qüvvələri hərbi əməliyyatların başlanmasından bəri İran
Hərbi Dəniz Qüvvələrinə məxsus 20-dən çox gəmini batırıb və ya
zədələyib.

Trend-in
məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM)
məlumat yayıb. Komandanlıq ABŞ qüvvələrinin İran hərbi gəmilərinə
endirdiyi zərbələrin fotoşəkillərini dərc edib.




Açıqlama ABŞ-ın müdafiə naziri Pit Heqsetin çərşənbə günü ABŞ
qüvvələrinin Hind okeanının beynəlxalq sularında İran gəmisini
vurduğunu bildirməsindən sonra verilib.

Bundan bir gün əvvəl CENTCOM-un rəhbəri, admiral Bred Kuper
ABŞ-ın demək olar ki, İran donanmasının böyük hissəsini sıradan
çıxardığını qeyd etmişdi.