İspaniya ABŞ ordusu ilə əməkdaşlıq ilə bağlı ABŞ-ın açıqlamalarını təkzib edib

Baş səhifə

Bakı. Trend:

İspaniya hökuməti ABŞ-nin Madridin ABŞ ordusu ilə əməkdaşlıq
etmək niyyətində olduğuna dair iddialarını təkzib edir.

Trend-in məlumatına görə, bu barədə İspaniya xarici işlər naziri
Xose Manuel Albares deyib.




“Mən bunu qəti şəkildə inkar edirəm. İspaniya hökumətinin Yaxın
Şərqdəki müharibə, İranın bombalanması və bazalarımızın istifadəsi
ilə bağlı mövqeyi heç də dəyişməyib”, – deyə o bildirib.