NATO İrandan Türkiyə ballistik raketin buraxılmasına reaksiya verib

Baş səhifə

Bakı. Trend:

NATO Türkiyənin hava məkanına doğru yönələn raketin alyansın
müdafiə sistemləri tərəfindən məhv edildiyini təsdiqləyib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Allison Hart
açıqlama verib.

Şimali Atlantik alyansın rəsmisi bu hücumu qətiyyətlə
pisləyib.




“Biz İranın Türkiyəni hədəfə almasını qətiyyətlə pisləyirik.
İran region üzrə ayrı-seçkilik etmədən hücumlarını davam etdirdiyi
bir vaxtda NATO bütün müttəfiqləri ilə, o cümlədən Türkiyə ilə qəti
şəkildə həmrəydir”, – açıqlamada qeyd olunur.

O həmçinin vurğulayıb ki, hava və raketdən müdafiə sahəsi də
daxil olmaqla, bütün istiqamətlər üzrə NATO-nun çəkindirmə və
müdafiə mövqeləri güclü olaraq qalmaqdadır.

Qeyd edək ki, bundan əvvəl Türkiyə MN yaydığı məlumata əsasən,
İran tərəfindən buraxıldıqdan sonra İraq və Suriya hava məkanını
keçərək Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən bir
ballistik raket, Aralıq dənizinin şərqində yerləşdirilmiş NATO-nun
hava və raketdən müdafiə qüvvələri tərəfindən vaxtında müdaxilə
edilərək zərərsizləşdirilib.