
Bakı. Trend:
Bu ilin fevral ayında internet brauzeri “Google Chrome”
Azərbaycan istifadəçiləri arasında populyarlıq üzrə liderliyini
qoruyub saxlayıb.
“Global Stats” Statistika Mərkəzindən Trend-ə verilən məlumata görə, onun yerli
bazardakı payı əvvəlki ayla müqayisədə 2,46 faiz bəndi azalaraq
68,9 faiz təşkil edib.
Bu müddət ərzində “Safari” internet brauzerinin Azərbaycan
bazarındakı payı 16,46 faiz olub (1,69 faiz bəndi artıb).
Hesabat dövründə “Edge” internet brauzerinin bazar payı 0,81
faiz bəndi artaraq 5,44 faizə çatıb.
Siyahıda növbəti pilləni “Firefox” internet brauzeri tutub. Belə
ki, bu brauzerin Azərbaycan bazarındakı payı 0,07 faiz bəndi
artaraq 2,29 faiz təşkil edib.
Bu dövrdə “Samsung” internet brauzerinin payı 0,19 faiz bəndi
artaraq 2,02 faizə yüksəlib, “Opera”nın payı isə 0,09 faiz bəndi
azalaraq 1,79 faiz olub.
Bu ilin fevral ayında “Android” internet brauzerinin payı 0,3
faiz bəndi azalaraq 0,4 faiz təşkil edib.


