“PAŞA Həyat Sığorta” ASC-də yeni təyinat olub

Baş səhifə

Bakı. Trend:

“PAŞA Həyat Sığorta” şirkətinin strukturunda dəyişiklik baş
verib. Sevda Əliyeva Aparat rəhbəri (Chief of Staff) vəzifəsinə
təyin edilib.

Sevda Əliyeva 25 ildən artıq rəhbərlik və strateji idarəetmə
təcrübəsinə malikdir. Peşakar karyerası ərzində o, “PASHA Real
Estate”də Qrup üzrə Baş İnsan Resursları İnzibatçısı (CHRO) və
İcraçı Komitə üzvü, “Unibank”da Baş Transformasiya İnzibatçısı və
İcraçı Komitə üzvü, “PASHA Bank”da İnsan Resursları Departamentinin
Direktoru, “Azercell Telecom”da isə Baş İnsan Resursları
İnzibatçısı CHRO və Marketinq Direktoru kimi vəzifələrdə çalışaraq
daşınmaz əmlak, bankçılıq və telekommunikasiya sahələrində kompleks
transformasiya və təşkilati inkişaf proqramlarını uğurla həyata
keçirib.




Təhsilini Bakı Dövlət Universitetində Tarix ixtisası üzrə
bakalavr dərəcəsi ilə tamamlamış, həmçinin “Telecoms Mini MBA”
proqramını (Informa Telecoms Academy, UK, 2008) müvəffəqiyyətlə
bitirmişdir. Korporativ təhsil və inkişaf proqramları çərçivəsində “Agile Project Management” (IBM, UK, 2018), “Design Thinking” (IBM,
UK, 2017), “Job Evaluation” (Korn Ferry Hay Group, Turkey, 2017) və
digər liderlik və idarəetmə sahələrinə yönəlmiş proqramları uğurla
tamamlayıb.