
Bakı. Trend:
Bu ilin fevralın 1-nə Azərbaycanda sürətli pul köçürmə
sistemləri ilə banklara 209,3 min ədəd əməliyyat üzrə 120,7 milyon
manat vəsait daxil olub.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə
aparılmış əməliyyatlar üzrə 2,6 min ədəd və ya 1,2% az, vəsait
həcmi üzrə isə 24,3 milyon manat və ya 25,2% çoxdur.
Hesabat dövrü ərzində bir ödənişin məbləği 576,5 manat təşkil
edib ki, bu da 2025-ci ilin fevralın 1-nə olan göstəriciyə nisbətən
121,7 manat və ya 26,8% çoxdur.
Eyni zamanda bu ilin fevralın 1-nə Azərbaycanda sürətli pul
köçürmə sistemlər ilə banklardan kənara 57,3 min ədəd əməliyyat
üzrə 36,4 milyon manat vəsait köçürülüb. Bu isə 2025-ci ilin eyni
dövrü ilə müqayisədə aparılmış əməliyyatlar üzrə 25,9 min ədəd və
ya 31,1% az, vəsait həcmi üzrə isə 100 min manat və ya 0,3%
çoxdur.
Dövr ərzində sürətli pul köçürmə sistemləri ilə banklardan
kənara köçürmələr üzrə bir ödənişin məbləği 635,7 manata bərabər
olub ki, bu da 2025-ci ilin fevralın 1-nə olan göstəriciyə nisbətən
199,7 manat və ya 45,8% çoxdur.


