
TəhsilPlus kartı 450 minə yaxın təhsil işçisini əhatə edəcək.
“Report” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə “TəhsilPlus kartı: təhsil işçiləri üçün yeni imkanlar” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, TəhsilPlus kartından təhsilin bütün pillələri üzrə çalışan inzibati və pedaqoji heyət yararlanacaq:
“Belə ki, təhsil işçiləri “Birbank” tətbiqi üzərindən TəhsilPlus kartından faydalana bilərlər. Ümumilikdə 450 minə yaxın təhsil işçisi kartdan istifadə etmək imkanı qazanacaq”.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


