Paşinyanla Kobaxidze Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsini müzakirə ediblər

Baş səhifə
Paşinyanla Kobaxidze Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsini müzakirə ediblər

Ermənistanın Baş naziri Nikol Paşinyan və gürcüstanlı həmkarı İrakli Kobaxidze Tbilisidə təkbətək görüş zamanı Cənubi Qafqaz regionunda sülhün möhkəmləndirilməsinə və sabitliyin təmin edilməsinə yönəlmiş addımların ardıcıl davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Bu barədə “Report” Paşinyanın Aparatının məlumatına istinadən xəbər verir.

Tərəflər Ermənistan-Gürcüstan strateji münasibətlərinin gündəliyinə dair məsələləri müzakirə ediblər. Onlar həmçinin regional əhəmiyyətli bir sıra məsələlər üzrə fikir mübadiləsi aparıblar.