
Bakı. Trend:
İspaniyanın “Alaves” klubunda baş məşqçi dəyişikliyi
reallaşıb.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, La Liqa təmsilçisi Eduardo Koudet
ilə qarşılıqlı razılaşma əsasında müqaviləni ləğv edib.
Klubun mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib ki,
komandanı Kike Sançez Flores çalışdıracaq. 61 yaşlı mütəxəssislə
2028-ci ilin iyununa qədər müqavilə imzalanıb. Kike Sançez buna
qədər “Valensiya”, “Atletiko”, “Benfika” və “Xetafe” klublarını
çalışdırıb.
Qeyd edək ki, “Alaves” hazırda La Liqada 26 oyundan sonra 27
xalla 16-cı yeri tutur.


