Bakı. Trend:
ABŞ və Ekvadorun hərbi qüvvələri Ekvador ərazisində narkotik
kartellərinə qarşı ortaq əməliyyatlara başlayıblar.
Trend xəbər verir ki, bu
barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı “X” sosial
şəbəkə hesabında açıqlama yayıb.
Bəyanatda bildirilir ki, martın 3-də ABŞ və Ekvador Silahlı
Qüvvələri ölkədə terrorçu qruplaşmalara qarşı əməliyyatlara start
veriblər. Qeyd olunub ki, bu addım Latın Amerikası və Karib
hövzəsindəki tərəfdaşların narkoterrorizmə qarşı mübarizəyə
sadiqliyini nümayiş etdirir.

