
Bakı. Trend:
İspaniyanın “Real” klubunun heyətində ciddi itki baş verib.
Trend xəbər verir ki, Rodriqo
sıradan çıxıb. Bu barədə “Marca” nəşri məlumat yayıb.
Braziliyalı vinger La Liqanın 26-cı turunun “Xetafe” ilə
matçında (0:1) ağır zədə alıb. Sağ dizinin çarpaz bağları qopan 25
yaşlı futbolçu 6-7 ay yaşıl meydanlardan uzaq qalacaq.
Braziliya millisinin üzvü iyun ayında başlayacaq dünya
çempionatında iştirak edə bilməyəcək.
Qeyd edək ki, Rodriqo bu mövsüm “Real”ın heyətində meydana
çıxdığı 27 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda
qalıb.


