Kaliforniyada Xocalı şəhidlərinin əziz xatirəsi yad edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ACSNC)
nəzdindəki Azərbaycan Gənclər Rəqs Ansamblının növbəti dərsləri
Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, şagirdlər
əvvəlcə Xocalıda şəhid olan günahsız insanların əziz xatirəsini
dərin ehtiramla yad edib, xüsusi hazırlanan guşənin önünə güllər
düzüblər.

Cəmiyyətin bədii rəhbəri Anar Allahverdov xalqımızın yaddaşına
qanla yazılan 1992-ci il 26 fevral tarixinin mahiyyətindən danışıb.
Xocalı həqiqətlərinin unudulmamasının, qurbanlarının xatirəsinə
hörmət göstərilməsinin və belə faciələrin bir daha
təkrarlanmamasının vacibliyini vurğulayıb.




Dərsdə, həmçinin tarixi yaddaşın qorunmasının və onun gənc
nəsillərə ötürülməsinin əhəmiyyəti barədə söhbət aparılıb.

Qeyd edək ki, Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti
Cəmiyyəti (ACSNC) artıq 40 ildən çoxdur fəaliyyət göstərir.
Təşkilat Vətəndən uzaqda olan soydaşlarımız üçün mədəni və
maarifləndirici tədbirlər təşkil etməklə, mədəniyyətimizi,
tariximizi Amerika cəmiyyətində tanıtmaq missiyasını yerinə
yetirir. Komitənin dəstəyi ilə Cəmiyyətin tərkibində fəaliyyət
göstərən Azərbaycan Gənclər Rəqs Ansamblında milli rəqs dərsləri
keçirilir.