
Bakı. Trend:
Azərbaycan və Avstriya arasında energetika sahəsində əməkdaşlıq
müzakirə edilib.
Trend xəbər
verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib.
“Avstriyanın İqtisadiyyat, Enerji və Turizm Federal Nazirliyinin
Baş katibi Severin Qruber ilə görüşdük. Mərkəzi Avropada təbii qaz
üzrə əsas tranzit qovşaqlarından biri olan Avstriya ilə
əməkdaşlığımızın xam neftlə yanaşı, təbii qaz tədarükünü əhatə
etməsini məmnunluqla qeyd etdik. Dayanıqlı enerji təhlükəsizliyi
üçün təbii qazla bağlı praqmatik siyasətin vacibliyi ilə bağlı
fikirlərimizi bölüşdük”, – paylaşımda qeyd edilib.


