Qlobal Texnologiya Şirkətləri qida sistemini alqoritmlə idarə edir – Ekspertlər xəbərdarlıq edir

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq ekspertlər xəbərdarlıq ediblər ki, Google, Microsoft,
Amazon, IBM və Alibaba kimi texnologiya şirkətləri süni intellekt
və alqoritmlərdən istifadə edərək, fermerlərin nə yetişdirəcəyini
və necə yetişdirəcəyini müəyyən etməyə çalışır.

Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.

Hesabata görə, bu “yuxarıdan aşağıya” yanaşma fermerləri yalnız
məhsuldar və gəlirli bitkilərə yönəldir, yerli və müxtəlif növ
əkinçilik riskə atılır. Ekspertlər bildirib ki, fermerlər
qloballaşan sistemə bağlı qalaraq yerli toxum və ənənəvi əkinçilik
təcrübələrini itirə bilərlər.




Süni intellekt alətləri peyk və dron sensorlarından toplanan
məlumatlarla fermerlərə tövsiyələr verir, lakin bu tövsiyələr
şirkətlərin maraq göstərdiyi məhsullara yönəlir. Hesabat fermerləri
yerli bilik və ehtiyaclarına əsaslanan “aşağıdan yuxarıya”
yanaşmaya çağırır və qida təhlükəsizliyinin mümkün qədər lokal
olması zərurətini vurğulayır.

Qeyd edilib ki, texnologiya şirkətlərinə şərh üçün müraciət
edilib, lakin hələ cavab verilməyib.