
Bakı. Trend:
Avtomobil sahibi olmaq Xalq Bankın təqdim etdiyi yeni kredit
kampaniyası ilə daha əlçatandır. Belə ki, 30 iyunadək tərəfdaş
avtodiler salonlarından elektrik/hibrid mühərrikli avtonəqliyyat
vasitələrini 59 ayadək və illik 13%-15%-lə, digər mühərrikli
avtonəqliyyat vasitələrini illik 14%-15%-lə kreditlə əldə etmək
mümkündür. Həmçinin kreditin rəsmiləşdirilməsi anında elektrik
mühərrikli avtonəqliyyat vasitəsinin istehsal tarixi 1 il və ya
ondan az olduqda ilkin ödəniş 20% təşkil edəcək.
Daha ətraflı məlumat və tərəfdaş avtodilerlərin siyahısı ilə
https://www.xalqbank.az/az/ferdi/kreditler/avtomobil
keçid edərək tanış olmaq mümkündür.
Həmçinin Xalq Bankda ölkə xaricinə həyata keçirilən təyinatı
avtomobil nəqliyyatı ilə bağlı (avtomobil nəqliyyatının və onun
ehtiyat hissələrinin alışı, daşınması, hərracda iştirak) olan
köçürmələr üzrə xidmət haqqına endirim tətbiq edilərək 0,2% (min.
50 USD/25 EUR; maks. 300 USD/EUR) olaraq müəyən olunub.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın
filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi
internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif
sosial şəbəkə səhifələrindən əldə etmək olar.


