Sabah 11 dərəcə isti olacaq

Baş səhifə

Bakı.Trend:

Martın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən
buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi
gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata
əsasən, səhər bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı
ehtimalı var.

Cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb
küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.




Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti olacaq.
Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa
yüksələcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 65-70 % təşkil
edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,
lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə
arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə
və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə
arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti, dağlarda
gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.