
Kanada Ər-Riyaddakı (Səudiyyə Ərəbistanı) səfirliyini müvəqqəti bağladığını bəyan edib.
“Report” xəbər verir ki, bu barədə səfirliyin məlumatında bildirilib.
Qeyd olunub ki, səfirlik Yaxın Şərqdə münaqişənin kəskinləşməsi ilə bağlı cari təhlükəsizlik vəziyyətinə görə bu gün bağlanır və bütün şəxsi görüşlər martın 6-dək ləğv edilib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


