Azərbaycan Kubokunda 1/4 finalın cavab matçlarına start verilir

Baş səhifə
Azərbaycan Kubokunda 1/4 finalın cavab matçlarına start verilir

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

“Report”un məlumatına görə, günün yeganə matçında “Zirə” “Sumqayıt”ı qəbul edəcək.

Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda, saat 19:00-da başlayacaq. Tərəflər arasında baş tutan ilk matçda qapılara qol vurulmayıb.

Azərbaycan Kuboku

1/4 final, cavab oyunu

3 mart

19:00. “Zirə” – “Sumqayıt”

İlk oyun – 0:0

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov.

VAR: Tural Qurbanov.

AVAR: Asiman Əzizli.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, 1/4 final mərhələsi martın 5-də başa çatacaq.