Bakı. Trend:
Baqram hava bazası bazar günü Pakistanın hava hücumları
nəticəsində zərər görüb.
Trend xəbər verir
ki, bu barədə “New York Times” məlumat yayıb.
Bildirilir ki, bazanın şimal hissəsində yerləşən ən azı iki
böyük anbar və bir təyyarə anqarı dağılıb.
Əvvəlki məlumatlara görə, Əfqanıstan Müdafiə Nazirliyi Baqram
aviabazasına, Kabilə və digər ərazilərə edilən hücumlara cavab
olaraq Pakistandakı hərbi obyektlərə zərbələr endirildiyini
bildirib.

