SEPAH heç bir tankerin Hörmüz boğazından keçməsinə icazə verməyəcəyini açıqlayıb

Baş səhifə

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçməyə çalışan hər hansı bir tankeri vuracaq.

APA xəbər verir ki, bu açıqlamanı SEPAH komandanının müşaviri general-mayor İbrahim Cabari verib.

“Hörmüz boğazından keçməyə çalışan hər bir gəmini yandıracağıq. Bir damla neftin belə bölgədən çıxmasına icazə verməyəcəyik”, – o deyib.