
Bakı. Trend:
Yaponiya-nın cənubundakı Vulkan adaları bölgəsində 6 bal gücündə
zəlzələ qeydə alınıb.
Trend xəbər verir
ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 12:55-də baş verib.
Zəlzələnin episentri 20 kilometr dərinlikdə yerləşib.
Hazırda tələfat və dağıntı barədə məlumat yoxdur, sunami
xəbərdarlığı verilməyib.


