İsrail Tehranda İran Yayım İdarəsinə zərbələr endirdiyini bildirir

Baş səhifə

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri (İMQ) iddia edir ki, İsrail Hərbi Hava
Qüvvələri Tehranda İran Yayım İdarəsinə qarşı bir sıra zərbələr
endirib və obyekt məhv edilib.

Trend xəbər verir
ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.




Bəyanatda qeyd olunur: “İsrail Hərbi Hava Qüvvələrinə məxsus
təyyarələr onlarla bomba ataraq İranın rabitə mərkəzini məhv edib.
İllərdir ki, İran Yayım İdarəsi İsrail Dövlətinin məhv edilməsinə
və nüvə silahlarından istifadəyə çağırır.”