
Bakı. Trend:
Yaponiyanın avtomobil istehsalçısı “Subaru” elektrik əyləc
konnektorunun konnektor tutucusunun sıradan çıxması səbəbindən
mümkün qopma qüsuru ilə əlaqədar avtomobillərini geri çağırır.
Trend xəbər verir
ki, bu barədə “Subaru” rəsmi saytında açıqlama yayıb.
Bildirilib ki, geri çağırış əlavədə göstərilən VIN kodları ilə
2015–2019-cu illər arasında satılmış 5 467 ədəd “Subaru Legacy”, “Subaru Outback” və “Subaru XV” modellərinə şamil edilir.
Açıqlamada qeyd olunur ki, nasaz konnektor tutucusu səbəbindən
elektrik əyləc konnektoru nəqliyyat vasitəsinin istismarı zamanı
ayrıla bilər. Bu nasazlıq nəticəsində elektrik əyləc sistemi barədə
xəbərdarlıq göstəricisi yanıb-sönə və əyləc sistemi işləməyə
bilər.


