İraqda hərbi aviabazaya dron hücum

Baş səhifə
İraqın Səlahəddin əyalətində yerləşən ən iri hərbi aviabazalardan biri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Modern.az-ın məlumatına görə, bu barədə Əl-Cəzira telekanalı xəbər yayıb.

Bildirilir ki, əyalətin şimalında yerləşən Balad aviabazası ən azı iki silahlı dron tərəfindən hədəfə alınıb.

Hadisə nəticəsində indiyədək dağıntı və ya itkilərlə bağlı rəsmi məlumat açıqlanmayıb.