
İsrailin hava məkanının tədricən açılması gələn həftə başlayacaq.
“Report” “Ynet”ə istinadən xəbər verir ki, bu barədə İsrailin nəqliyyat naziri Miryam Regev bəyanat verib.
O qeyd edib ki, gözləntilərə baxmayaraq, İsrailin hava məkanı bu axşam açılmayacaq:
“İsrailin hava məkanı hələ də bağlıdır. Hazırkı mərhələdə biz qonşu ölkələrlə əlaqə saxlayırıq və minlərlə İsrail vətəndaşı quru sərhədləri vasitəsilə evlərinə qayıdıb. Mən Mülki Aviasiya İdarəsinin direktoruna aviaşirkətlərin nümayəndələri ilə görüş keçirməyi tapşırdım ki, onlar təhlükəsizlik vəziyyətinin inkişafından asılı olaraq gələn həftə başlayacaq hava məkanının tədricən açılmasına hazır olsunlar”.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


