Ukrayna Xersonun Rusiya tərəfindən işğal olunmuş ərazisinə zərbə endirib, 5 polis ölüb

Baş səhifə
Ukrayna Xersonun Rusiya tərəfindən işğal olunmuş ərazisinə zərbə endirib, 5 polis ölüb

Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətinin Rusiyanın nəzarəti altında olan ərazisinə zərbəsi nəticəsində 5 polis əməkdaşı ölüb.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri DİN-in regional idarəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, zərbə nəticəsində 5 polis əməkdaşı ölüb, 6 nəfər isə yaralanıb.